BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
"Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir.".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial media hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib ki, bu həftə BDU-nun tələbələri sosial mediada C bloku ilə bağlı müraciət ediblər: "Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm".




