Danış, dinlə, inandır: "Maarifçi"lərin ünsiyyət "dərs"i

6 Noyabr, 2026 - 17:04
Danış, dinlə, inandır:

Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu ilə birlikdə həyata keçirdiyi “Maarifçi” tələbə-məzun proqramı davam edir.  Bu dəfə proqram iştirakçıları ünsiyyət bacarıqlarının inkişafına həsr olunan  təlimə qatılıblar.

Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirovanın dövlət qulluğunda işləmək arzusunda olan gənclər üçün keçirdiyi təlim “Danış, dinlə, inandır: ünsiyyətin inkişaf yolları” adı altında təşkil olunub. Təlimdə iştirakçılara insanlarla ünsiyyət qurmağın və işləməyin incəlikləri izah edilib, fikirlərini düzgün ifadə etməyin, qarşı tərəfi diqqətlə dinləməyin əhəmiyyəti başa salınıb. Təlimçi məlumatı insanlara düzgün çatdırmağın yollarını müxtəlif nümunələrlə izah edib, söylədiklərini əsaslandırmaq üçün bəzi tapşırıqlar da verib. 

Kommunikasiya bacarığı anadangəlmə xüsusiyyət deyil

Təlimçi Xanım Daşdəmirova “Azərbaycan müəllimi”nə bildirib ki, bir çox mövzular universitetlərdə tədris olunsa da, yumşaq bacarıqlar əsasən iş və təcrübə mühitində formalaşır. İşəgötürənlər də bu bacarıqlara xüsusi önəm verirlər.
Yumşaq bacarıqlar gündəlik həyatda və işgüzar mühitdə çox mühüm rol oynayır. Kommunikasiya bacarığı da anadangəlmə xüsusiyyət deyil, insanın zamanla inkişaf etdirə biləcəyi bir qabiliyyətdir”.

X.Daşdəmirovanın fikrincə, “Maarifçi” tələbə-məzun proqramının məqsədi yalnız gəncləri təcrübəyə cəlb etməkdən ibarət deyil:

“Bu proqram gənclərin yumşaq bacarıqlarının inkişafına, iş mühitində üzə çıxan digər boşluqların təlimlər vasitəsilə aradan qaldırılmasına və komanda şəklində işləmək vərdişlərinin formalaşdırılmasına xidmət edir”.

“Biz onlara həmkar kimi yanaşırıq”

Təlimçi “Azərbaycan müəllimi”nə ilk dəfə “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları üçün təlim keçdiyini də bildirib:

“Proqram çərçivəsində hər il ən azı bir tələbənin təcrübə keçməsinə şərait yaradırıq. Tələbələr çox aktiv, savadlı və işgüzardırlar. İş prosesinə böyük həvəslə qoşulur, yeniliklərə açıq olurlar. Biz onlara həmkar, komandamızın bir üzvü kimi yanaşırıq”.

“Proqramın sonunda peşəkar mütəxəssisə çevriləcəklər”

Xanım Daşdəmirovanın sözlərinə görə, təlimi elə qurub ki, “Maarifçi” gənclər gələcəkdə oxşar situasiyalarla qarşılaşdıqları zaman problemləri necə həll edə biləcəkləri barədə təsəvvürə malik olsunlar:

“Bu vərdişi birgünlük təlimlə inkişaf etdirmək mümkün deyil. Lakin addım-addım müəyyənləşdirilmiş plan əsasında qurulan fəaliyyətlə buna nail olmaq mümkündür. Təlimlərlə yanaşı, rəhbər şəxslərlə görüşlər, iş prosesi zamanı mentorlardan öyrəndikləri də onların inkişafına hərtərəfli təsir göstərəcək. Proqramın sonunda peşəkar mütəxəssisə çevriləcəklər”.

“Maarifçi”lər təlimlərdən nə qazanırlar?

Aytac Əlizadə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Məzmun və siyasət sektorunda təcrübə keçir. O, təlimin maraqlı və faydalı olduğunu bildirib:

“Təlim çox maraqlı idi. Ümumiyyətlə, “Maarifçi” proqramı çərçivəsində iştirak etdiyimiz bütün təlimlər öyrədici və maraqlı məlumatlarla zəngin olur. Bugünkü təlimdə Xanım Daşdəmirovanın araşdırmalar, təhlillər və onların nəticələri ilə bağlı verdiyi məlumatlar diqqətimi çəkdi. Ümumiyyətlə, araşdırmalar mənim üçün həmişə cəlbedici olub. Özüm də araşdırmağı sevirəm. Bu baxımdan təlim mənim üçün maraqlı oldu. Eyni zamanda, bu mövzunun şəxsi inkişafımız üçün faydalı olduğunu düşünürəm”.

Aytac Göygöl rayonunun Göyçə kənd tam orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin SABAH qruplarında “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirən gənc “Maarifçi” Elm və Təhsil Nazirliyində təcrübəyə başlamazdan əvvəl Dövlət Vergi Xidmətinin yay təcrübə proqramında və məhkəmələrdə təcrübə keçib.

“Təlimdə araşdırmaların nəticəsi kimi təqdim olunan məsələlərin bir çoxunu real həyatda təcrübədən keçirmişəm”

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə edilməsi departamentində fəaliyyət göstərən “Maarifçi” Sevinc Xaspoladova da ünsiyyət və onun inkişaf yollarının aktual mövzu olduğunu bildirib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə builki məzunu olan Sevinc Xaspoladovanın fikrincə, təlim zamanı apardığı qeydlər həm peşəkar, həm də şəxsi inkişafında mühüm rol oynayacaq:

“Bu gün təlimdə araşdırmaların nəticəsi kimi təqdim olunan məsələlərin bir çoxunu real həyatda təcrübədən keçirmişəm”.

Danış, dinlə, inandır:
Danış, dinlə, inandır:
Danış, dinlə, inandır:
Danış, dinlə, inandır:
Danış, dinlə, inandır:
Danış, dinlə, inandır:
Danış, dinlə, inandır:
Danış, dinlə, inandır:
Danış, dinlə, inandır:
Danış, dinlə, inandır:
Danış, dinlə, inandır:
Danış, dinlə, inandır: