Deputat: Azərbaycan gəncliyi artıq beynəlxalq səviyyədə öz sözünü deyir

30 Yanvar, 2026 - 11:23
Deputat: Azərbaycan gəncliyi artıq beynəlxalq səviyyədə öz sözünü deyir

“Hər bir gənc öz quruculuq istəyini ortaya qoymalı, onu möhkəmləndirməli, inkişaf etdirməli və yaşatmaq üçün çalışmalı, gələcəyi təxirə salmamalıdır. Azərbaycan gəncliyi bu gün dövlətinə bağlı, milli kimliyinə sahib, bir-birini dəstəkləyən və həmrəy bir gənclik kimi formalaşıb. Bu siyasi xətt bu gün də davam edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu ll zamanı səsləndirib.

Deputatın sözlərinə görə, gənclərin qarşıya qoyulan hədəflərə çatması üçün müxtəlif proqram və layihələr icra olunur:

"Bu gün şahidi oluruq ki, Azərbaycan gəncliyi artıq beynəlxalq səviyyədə öz sözünü deyə bilir. Dövlətlərin inkişaf göstəricilərinə baxdıqda görürük ki, burada əsas amillər iqtisadi və siyasi sabitliklə yanaşı, dövlətin beynəlxalq nüfuzudur. Məhz bu baxımdan dövlət siyasətinin formalaşmasında gənclər və idman siyasətinin prioritet istiqamət kimi müəyyən edilməsi təsadüfi deyil”.

K.Nurullayeva bildirib ki, bu yanaşma gənclərə verilən dəyərin göstəricisidir. Çünki gənclər bizim dövlətimizin gələcəyidir: “Azərbaycan gənclərinin bu proseslərdə fəal iştirakı onların potensialının üzə çıxmasına və ölkəmizin daha da inkişafına xidmət edir. Bu gün Azərbaycan gəncliyi təkcə hərbi sahədə deyil, eyni zamanda informasiya müharibəsində də fəal iştirak edir və bu sahədə ölkəmizin maraqlarını layiqincə müdafiə edir. Bu baxımdan görülən işlər əvəzsizdir. ki, Azərbaycanda ictimai fəallıq anlayışı artıq gənclərin düşüncə tərzində möhkəm yer tutub. Bu da onu göstərir ki, Azərbaycan gəncliyi cəmiyyətin inkişafında mühüm rol oynamağa hazırdır”.