MİQ üzrə vakansiya seçiminin nəticələri nə zaman AÇIQLANACAQ?

8 Avqust, 2026 - 13:59
MİQ üzrə vakansiya seçiminin nəticələri nə zaman

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə faktiki yaşayış rayonuna uyğun həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi başlayıb.

“Azərbaycan müəllimi” MİQ üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi ilə bağlı tez-tez verilən suallara cavabı təqdim edir.

Vakansiya seçimi 8 avqust saat 11:00-dan etibarən həyata keçirilir. Bu mərhələdə namizədlərə yalnız şəxsi kabinetlərində qeyd etdikləri faktiki yaşayış rayonu üzrə həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrə aid vakant yerlər təqdim olunur.

MİQ üzrə keçid balını toplamış və şəxsi kabinetində qeyd etdiyi faktiki yaşayış rayonu həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrin yerləşdiyi rayonla uyğun gələn namizədlər bu mərhələdə iştirak edə bilərlər.

Bu mərhələdə vakant yerə yerləşdirilməyən namizədlər növbəti vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. Şəxsi kabinetdə vakansiyanın görünməməsi isə namizədin qeyd etdiyi faktiki yaşayış rayonu üzrə həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrdə hazırda vakant yerin olmaması ilə bağlıdır.

Vakansiya seçiminin nəticələri növbəti vakansiya seçimi mərhələsinə başlanılmadan əvvəl elan ediləcək.

Qeyd edək ki, vakant yerə yerləşdirildikdən sonra imtina edən namizədlər növbəti vakansiya seçimi mərhələlərində iştirak edə bilməzlər.