Dərs ili mayın 31-də yekunlaşacaq? – Rəsmi cavab
Elm və Təhsil Nazirliyi son günlər sosial şəbəkələrdə cari tədris ilinin mayın 31-də başa çatacağı ilə xəbərlərə rəsmi münasibətini bildirib.
Nazirlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədris ilinin müddəti Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə müəyyən edilib və dəyişiklik nəzərdə tutulmur.
Buna görə də şagirdlər üçün dərs ili iyunun 14-də yekunlaşacaq.


