Övladınız internetdə nə edir?
İnternet uşaqlar üçün əyləncə və öyrənmə vasitəsi olmaqla yanaşı, müxtəlif təhlükələr də yarada bilər.
"Azərbaycan müəllimi" xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) uşaqların internet təhlükəsizliyinin təmin edilməsi və virtual məkandakı təhdidlərdən qorunması məqsədilə valideynlərə müraciət edib.
• Kimlərlə ünsiyyət qurur?
• Hansı məlumatları paylaşır?
• Hansı saytlara və platformalara daxil olur?
• Tanımadığı şəxslərdən mesaj alırmı?
• Şübhəli keçidlərə daxil olurmu?
Saxta profillər, kiberzorakılıq, dələduzluq, zərərli məzmun və şəxsi məlumatların ələ keçirilməsi uşaqların qarşılaşa biləcəyi təhlükələrdəndir.
Övladınızın internet istifadəsinə nəzarət edin, onun hansı platformalardan istifadə etdiyinə, kimlərlə ünsiyyət saxladığına və hansı məzmunları izlədiyinə diqqət yetirin. Uşaqlarınıza şəxsi məlumatlarını, foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamağı, şübhəli linklərə keçməməyi və tanımadıqları şəxslərdən gələn mesajlara cavab verməməyi öyrədin.




