DİN "Son zəng"lə bağlı MƏLUMAT YAYIB
“Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcəkdir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təhsil müəssisələrinin ətrafında ictimai qaydanın qorunması, məzunların və digər iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət gücləndiriləcək.




