Doktoranturaya qəbul imtahanlarının vaxtı AÇIQLANDI
Xəbər verdiyimiz kimi, 19 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir və 9 iyun saat 18:00-da yekunlaşacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları imtahan əsasında qəbul olunurlar.
Məlum olduğu kimi, doktoranturaya qəbul olmaq istəyən namizədlər xarici dil, fəlsəfə və ixtisas imtahanları verməlidirlər:
“Xarici dil” imtahanının 25.06.2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərindən keçirilməsi nəzərdə tutulub. İmtahan həm elektron, həm də kağız daşıyıcısı vasitəsilə həyata keçiriləcək
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu 19 may 2026-cı il tarixindən 8 iyun 2026-cı il tarixinədək nəzərdə tutulur. Fəlsəfə doktoru proqramı üzrə xarici dil imtahanını müvəffəqiyyətlə vermiş iddiaçıların Fəlsəfə fənni üzrə imtahanı 1 - 3 sentyabr 2026-cı il, ixtisas imtahanı isə 8 - 10 sentyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur.



