Əcnəbi tələbələr üçün “Azərbaycanşünaslıq” məktəbi təşkil olunacaq - Anar Nağıyev

14 May, 2026 - 13:43
Əcnəbi tələbələr üçün “Azərbaycanşünaslıq” məktəbi təşkil olunacaq

"Bakı Slavyan Universitetində ilk dəfə 2026-cı ilin sentyabrdan əcnəbi tələbələr üçün "Azərbaycanşünaslıq" (Azerbaijani studies) Yay Məktəbi təşkil olunacaq"

“Azərbaycan müəllimi" xəbər verir ki, bunu  Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev "I Türkoloji Qurultayın 100 illiyi: Dil Məsələləri" Beynəlxalq elmi konfransda deyib. 

O bildirib ki, Bakı Slavyan Universitetinin xarici ölkələrdə fəaliyyət göstərən bir çox mərkəzlərində Azərbaycan dili və milli kimlik xarici tələbələr tərəfindən dərindən öyrədilir.
Anar Nağıyevin sözlərinə görə, universitetdə fəaliyyət göstərən Türkologiya Mərkəzi də türkologiyanın öyrənilməsi və araşdırılması istiqamətində mühüm işlər həyata keçirir.

Nərmin Məmmədzadə