Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 Fevral, 2025 - 15:53
Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

6 fevral saat 15:00-da elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçiriləcək.

Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, brifinq 6 nömrəli məktəb-liseydə baş tutacaq.

Media nümayəndələri brifinqdə iştirak üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://app.anket.edu.az/user/143

Qeyd edilib ki, onlayn media təmsilçisi olan fotoqrafların da qeydiyyatdan keçməsi arzuolunandır.

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək
Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək