Elm və Təhsil Nazirliyinin üç elmi istehsalat birliyi ləğv edilib
Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib.
"Azərbaycan müəllimi" xəbər verir bu, bu barədə Nazirlər Kabineti qərar verib.
Elm və Təhsil Nazirliyi elmi istehsalat birliklərinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görsüb, nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.


