Elnur Əliyev: Tədris proqramlarımızda iqlim dəyişikliyi mövzusuna kifayət qədər yer ayrılıb

14 Noyabr, 2024 - 11:36

"Tədris proqramlarımızda iqlim dəyişikliyi mövzusuna kifayət qədər yer ayrılıb".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə təşkil ediləcək tədbirlər barədə onlayn formatda keçirilən infosessiyada deyib.

O bildirib ki, tədris proqramlarında iqlim dəyişikliyi mövzunun genişləndirilməsi prosesi davam edir.

"OECD-də Azərbaycan tərəfinin iqlim dəyişikliyinə dair təklifi PISA-ya təqdim olunub. Bu təşəbbüs reallaşacaqsa, uyğun çərçivə sənədi hazırlanacaq və bunu nəzərə alaraq məzmun və standartlarımıza yenidən baxacağıq", - deyə E.Əliyev əlavə edib.