Emin Əmrullayev Çinin təhsil nazirinin müavini ilə görüşüb

1 Noyabr, 2024 - 22:30

Elm və təhsil naziri Emin Əmrullayev Braziliyanın Fortaleza şəhərində keçirilən UNESCO-nun Qlobal Təhsil Görüşü çərçivəsində Çin Xalq Respublikası təhsil nazirinin müavini Çen Jie ilə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri, eləcə də hər il Çinə təhsil almağa göndərilən xeyli sayda azərbaycanlı gənc barədə müzakirələr aparılıb.

Bundan əlavə, görüş zamanı ümumi və peşə təhsili sahələri üzrə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi müzakirə edilib.