Prezident İlham Əliyev: Gələcək illərdə daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik

13 Oktyabr, 2026 - 19:47
Prezident İlham Əliyev: Gələcək illərdə daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik

“Söhbət əsnasında bildirildi ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında deyib.

Dövlət başçısı daha sonra bunu bildirib: “Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik”.