Emin Əmrullayev: Növbəti il bütün müəllimlər sertifikatlaşdırmadan keçmiş olacaqlar

10 İyul, 2025 - 10:51
Emin Əmrullayev: Növbəti il bütün müəllimlər sertifikatlaşdırmadan keçmiş olacaqlar
Emin Əmrullayev: Növbəti il bütün müəllimlər sertifikatlaşdırmadan keçmiş olacaqlar

“2026-cı ilin sonunadək bütün müəllimlər sertifikatlaşdırma prosesindən keçmiş olacaqlar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda tədbirdə səsləndirib.

Nazir prosesin əvvəlində müəyyən narazılıqların yarandığını xatırladaraq bildirib ki, ötən il 31 852 nəfər ibtidai sinif müəllimi sertifikatlaşdırmadan keçib: “Bu günə qədər ümumilikdə 7 318 müəllim sertifikatlaşdırmada uğursuz nəticə göstərib. Biz başa düşürük ki, proses ağırdır, amma 30 suala cavab verməyən müəllimin məktəbdə tədris aparması düzgün deyil. Sertifikatlaşdırmada verilən suallar çətin deyil”.