Sertifikatlaşdırmaya dair görüşlər keçirilib
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərlə sertifikatlaşdırma prosesi ilə bağlı görüşlər keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşlərdə rayon təhsil sektorlarının müdirləri, əməkdaşları, Kəlbəcər, Laçın, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər iştirak ediblər.
Görüşlərdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə söhbət açılıb. Sertifikatlaşdırmanın mərhələləri və məzmunu ilə bağlı fikirlər səsləndirilib,tərbiyəçi-müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verilib.
Görüşlərdə iştirakçılar təhsilverənlərin sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, sual sayı, bölmələr və mövzular barədə də məlumatlandırılıb, nümunə test tapşırıqları izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.




