Emin Əmrullayev Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşüb
İyulun 1-də elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Vorvik Universitetinin prorektorunun müavini Karla Virinderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş çərçivəsində Böyük Britaniyanın Vorvik Universiteti ilə mövcud əməkdaşlıq imkanları və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.




