TAU tibb ixtisası üzrə kadr hazırlayacaq

13 Noyabr, 2026 - 13:02
TAU tibb ixtisası üzrə kadr hazırlayacaq

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi üçün də növbəti ilin dövlət büdcəsi layihəsində 6 milyon manat ayrılması planlaşdırılır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Onun sözlərinə görə, mühəndislik və tibb ixtisasları üzrə 300 tələbənin təhsil alacağı universitetin fəaliyyətinin təmin edilməsi dövlət büdcəsində nəzərə alınıb.