Çində təhsillə bağlı vebinar keçiriləcək
Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 2027-2028-ci tədris ilində Çində təhsil mövzusunda vebinar keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, canlı yayımda təqaüd proqramı çərçivəsində təhsil, eləcə də proqrama müraciət qaydası, sənəd qəbulu və mövzuya dair digər suallar cavablandırılacaq.
Vebinar 23 noyabr 2026-cı il saat 15:00-da keçiriləcək.




