Nazir müavini müəllimlərin əməkhaqlarından DANIŞDI

13 Noyabr, 2026 - 12:29
Nazir müavini müəllimlərin əməkhaqlarından DANIŞDI

2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Nazir müavini bildirib ki, sertifikatlaşdırmanın tətbiqi nəticəsində 2026-cı ildə müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edib.