Eşqi Bağırov: Bu il 6 minə yaxın müəllim işə qəbul olunub

15 Sentyabr, 2026 - 10:09
Eşqi Bağırov: Bu il 6 minə yaxın müəllim işə qəbul olunub

Bu il 6 minə yaxın müəllim yay aylarında keçirilən müsabiqədən uğurla keçərək işə qəbul olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümümi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Bilik Günü qeyd olunur.

"Bu il məktəbə qədəmlərini qoyan, birinci sinifə qəbul olunan uşaqların sayı 124 mindir. Onlar bu gün birinci sinifdə təhsil almağa başlayacaqlar. Eyni zamanda bu il ölkə üzrə 1000-ə yaxın məktəbdə yay ayları ərzində cari təmir işləri edilib. Açılışında iştirak etdiyimiz Abşeron rayonunun Novxanı kəndində yerləşən M. Hüseynzadə adına 1 nömrəli tam orta məktəb də onlar arasındadır".

E.Bağırov qeyd edib ki, bu il infrastruktur layihələrinin də əhatəsi genişləndirilib:

"Təxminən 1000-ə yaxın məktəbdə cari təmir işləri görülüb. Böyük Qayıdış prosesi və ölkənin digər ərazilərində 43 yeni məktəb şagirdlərin, müəllimlərin istifadəsinə verilib".