Nazir müavini Firudin Qurbanov Bərdədə vətəndaşları qəbul edəcək
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 3 aprel tarixində Bərdə şəhərində vətəndaşları qəbul edəcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Bərdə və Ağdam sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 19 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.



