Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı

24 Aprel, 2026 - 14:22
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı

Fizika, tarix və coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun yekun nəticələri elan edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələrlə tanış ola bilərlər.

Nəzərinizə çatdırırıq ki, biologiya fənni üzrə ilkin nəticələrin növbəti həftə ərzində elan olunması planlaşdırılır.

Şagirdlərin diqqətinə! Fizika fənni yuxarı yaş qrupu üzrə I və II yer, aşağı yaş qrupu üzrə isə I yerin sahibi olan şagirdlər 25 aprel saat 09:00-da Təhsil Texnologiyalar Mərkəzində (Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 109) keçiriləcək Beynəlxalq Fizika Olimpiadasının seçmə imtahanında iştirak edə bilərlər.

Qalib şagirdlərin adlı siyahısını təqdim edirik:

Fizika AYQ

Fizika YYQ

Tarix AYQ

Tarix YYQ

Coğrafiya AYQ

Coğrafiya YYQ