Formula 1-ə görə bəzi məktəblərdə dərslər onlayn olacaq

3 Sentyabr, 2026 - 14:50
Formula 1-ə görə bəzi məktəblərdə dərslər onlayn olacaq

2026-ci ildə  Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində  tədris onlayn təşkil olunacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.