GDU tələbələri Almaniya universitetlərində təcrübə keçmək şansı qazanıblar

19 Dekabr, 2024 - 12:08
GDU tələbələri Almaniya universitetlərində təcrübə keçmək şansı qazanıblar
GDU tələbələri Almaniya universitetlərində təcrübə keçmək şansı qazanıblar

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin “Alman dili müəllimliyi” ixtisasının 5 tələbəsi - Mədinə Abbaslı, Səbinə Qurbanova, Aysel Məmmədova, Jalə Qasımova və Elanə Daşdıyeva Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramına qəbul üçün keçirilən müsabiqədə uğur qazanıblar.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, tələbələrimiz mübadilə proqramı çərçivəsində bir ay müddətində  Almaniyada təşkil ediləcək yay məktəblərində təcrübə keçmək şansı əldə ediblər.

Qeyd edək ki, DAAD tələbə və elmi işçilərin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir.