Gəncədə bu məktəb qəbul imtahanlarında 100 faiz nəticə göstərdi

27 Avqust, 2025 - 11:30

Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2024–2025-ci tədris ili üzrə məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.

Liseydən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, təhsil ocağını bu il 55 məzun bitirib. Onların 2-si – Nəsrəddin Rüstəmov (Bakı Ali Neft Məktəbi, “Kompüter mühəndisliyi”) və Ayxan Ələkbərov (ADA Universiteti, “Kompüter elmləri”) müsabiqədənkənar qəbul olunublar.

Ən yüksək nəticə göstərən və 650+ bal toplayan məzunlar Bakı Ali Neft Məktəbini və Azərbaycan Tibb Universitetini seçiblər.
Liseyin 7 məzunu xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb, onlardan 2 nəfəri Dövlət Proqramının qalibi olub. 

Liseyin iki məzunu yüksək balla Qarabağ Universitetinin Tibb fakültəsinə qəbul olub. Ümumilikdə isə lisey məzunlarının 36 nəfəri 500-dən çox bal toplayaraq uğurlu nəticə göstərib. Həmçinin 2 məzun FLEX Proqramı çərçivəsində ABŞ-də təhsil alacaq. 

Qürurverici məqamlardan biri də odur ki, məzunların 8 nəfəri elm və təhsil nazirinin əmri ilə “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl nişan ilə təltif olunub.