Gəncədə şagirdlər qidadan zəhərləniblər
Gəncədə orta məktəb şagirdləri arasında kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin bir qrup şagirdi yedikləri dönərdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara əsasən, 8 şagirdə zəhərlənmə diaqnozu qoyulub.
Həmin şagirdlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir. Onlara zəruri tibbi yardım göstərilib. Hazırda şagirdlərin səhhətinin orta-ağır olduğu bildirilir. Hadisə ilə əlaqədar aidiyyəti qurumların əməkdaşları əraziyə ezam olunub. Uşaqlar məktəbdənkənar ərazidəki obyektdən aldıqları dönərdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.


