Hansı lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq? – SİYAHI
2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır. Qeydiyyat müddəti 9 – 19 iyun tarixlərini əhatə edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısını təqdim edir:
Bakı şəhəri Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası;
Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi;
Bakı şəhəri Kimya və biologiya təmayüllü respublika liseyi;
Bakı şəhəri Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
Bakı şəhəri texniki-humanitar lisey;
Bakı şəhəri 147 nömrəli texniki və humanitar fənlər liseyi;
Bakı şəhəri 16 nömrəli texniki və humanitar fənlər liseyi;
Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyi;
Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri Rəqəmsal biliklər liseyi;
Bakı şəhəri Anton Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası;
Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü lisey;
Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey;
Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey;
Şəki şəhəri kimya və biologiya təmayüllü lisey;
Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;
Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;
Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-lisey;
Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey;
Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü lisey;
Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü lisey’ publik hüquqi şəxsi;
Gəncə şəhəri internat tipli xarici dillər təmayüllü gimnaziya;
Şəmkir şəhəri kimya və biologiya təmayüllü lisey;
Sumqayıt şəhəri Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
Sumqayıt şəhəri “Təfəkkür” liseyi;
Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya;
Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü ‘İstedad’ liseyi;
Beyləqan şəhəri humanitar fənlər təmayüllü lisey;
Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 nömrəli lisey;
Lənkəran şəhəri internat tipli humanitar fənlər təmayüllü gimnaziya;
Masallı şəhəri “Dəfinə” texniki-riyaziyyat təmayüllü lisey;
Şamaxı rayonu texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey;
İsmayıllı şəhəri internat tipli “Talıstan” liseyi;
Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
Şərur şəhər fizika-riyaziyyat təmayüllü lisey;
Naxçıvan Qızlar liseyi.
Hər bir müəssisə haqqında ətraflı məlumatı “Şagirdlərin elektron yerdəyişməsi” portalında “Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz.



