34 təhsil müəssisəsində tikinti və təmir işləri aparılır

13 Mart, 2026 - 11:25
34 təhsil müəssisəsində tikinti və təmir işləri aparılır

2005-ci ildə 47 təhsil müəssisəsində (3 peşə, 3 məktəbdənkənar, 1 məktəbəqədər, 40 ümumi təhsil müəssisəsi) tikinti və təmir işləri aparılıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, onlardan 20-də işlər yekunlaşdırılıb, 27-də isə tikinti-quraşdırma işləri davam edib. Müəssisələrdən 38-i yeni tikili və ya yeni korpusun inşasını, 9-u isə əsaslı təmiri əhatə edib.

Eyni zamanda, layihələndirilməsi aparılan 29 təhsil müəssisəsindən 11-də proses başa çatıb, 18-də isə layihələndirmə işləri davam edir.

Hesabatda qeyd olunub ki, 959 təhsil müəssisəsində (10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsi) cari təmir işləri aparılıb.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə nazirliyin sifarişi və digər mənbələr hesabına 21 ümumi təhsil, 14 məktəbəqədər və 1 ali təhsil müəssisəsinin tikinti və təmir işləri yekunlaşdırılıb. Həmçinin 7 təhsil müəssisəsində (3 ümumi, 2 peşə, 2 məktəbəqədər) tikinti və təmir işləri davam etdirilir.
Hesabat əsasında müəyyən olub ki, hazırda ümumilikdə 34 təhsil müəssisəsində tikinti və təmir işləri davam edir.