I və II qruplarda müsabiqə vəziyyəti daha əlverişli oldu – DİM sədri
“Ali məktəblərə əsas yerləşdirmənin nəticələri artıq məlumdur. Bu il müsabiqədə 87 146 nəfər iştirak edib, 58 947 nəfər ali təhsil müəssisələrinə qəbul olunub və qəbul planı 97,07 faiz dolub”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, ötən illə müqayisədə tələbə adını qazananların sayı 1711 nəfər daha çoxdur.
Müxtəlif ixtisas qrupları və ayrı-ayrı ixtisaslar üzrə rəqabət səviyyəsi ciddi fərqlənir. I və II ixtisas qruplarında müsabiqə vəziyyəti daha əlverişli olduğu halda, III və xüsusilə IV qruplarda müəyyən ixtisaslar üzrə yüksək rəqabət yarandı.




