İbtidai siniflərin tədris binasının ayrı olması daha yaxşı olardı - TƏKLİF

21 Yanvar, 2025 - 18:03
İbtidai siniflərin tədris binasının ayrı olması daha yaxşı olardı - TƏKLİF
İbtidai siniflərin tədris binasının ayrı olması daha yaxşı olardı - TƏKLİF

“Adətən cinsi bullinqin qurbanı ibtidai sinif şagirdləri olurlar. Buna səbəb isə onların daha balaca, tez qorxudula bilinən olmasıdır”.

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Təhsil İnstitutunun doktorantı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sosial və mədəni fəaliyyət kafedrasının baş müəllimi Günay Məmmədzadə deyib.

O bildirib ki, cinsi bullinq qız şagirdlərə deyil, oğlan şagirdlərə qarşı daha çox olur. Bu halların baş verdiyi yer isə oğlanların sanitar qovşaqları, idman zallarının geyinib-soyunma otaqları, məktəbin istixanaları və nəzarətsiz qala biləcək istənilən yerlərdir:

“Bunun üçün ibtidai siniflərin tədris binalarının ayrı olması daha yaxşı olardı. Ancaq bununla yanaşı, şagirdlərə müəyyən məsələlər mütləq izah olunmalıdır”.