İnklüziv siniflərdə maarifləndirmə tədbirləri həyata keçirilir

13 Noyabr, 2025 - 14:56

Sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən yeni tədris ilində inklüziv siniflərin fəaliyyətə başladığı məktəblərdə bir sıra maarifləndirmə görüşləri təşkil edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, inklüziv siniflərdə təhsil alan şagirdlər və onların valideynləri üçün təşkil olunan görüşlərin əsas məqsədi inklüziya mədəniyyəti haqqında məlumatlılığı artıraraq sağlamlıq imkanları məhdud uşaqların digər şagirdlərlə bərabər şəkildə keyfiyyətli təhsil almasına və sosial mühitə uyğunlaşmasına dəstək olmaqdır.

Maarifləndirmə sessiyaları zamanı inklüziv təhsilin mahiyyəti, birgə öyrənmənin faydaları, fərdi yanaşmanın əhəmiyyəti və valideynlərin rolu barədə müzakirələr aparılıb. Həmçinin iştirakçılara maarifləndirici videoçarxlar təqdim olunub.

Həyata keçirilən bu fəaliyyətlər ölkə üzrə ümumi təhsil müəssisələrində inklüziv tədrisin keyfiyyətini artırmaq, hər bir uşağın təhsilə bərabər çıxışını təmin etmək və cəmiyyətin inklüziv dəyərlər əsasında formalaşmasına töhfə verməyi hədəfləyir.