İşğaldan azad olunmuş ərazilərin dayanıqlı bərpası üçün yeni layihə hazırlanıb

2 Dekabr, 2025 - 13:35
İşğaldan azad olunmuş ərazilərin dayanıqlı bərpası üçün yeni layihə hazırlanıb

ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” mövzusuna həsr olunan beynəlxalq konfrans çərçivəsində “Yaşıl və dayanıqlı bərpa: Azərbaycan təcrübəsi” adlı tədqiqat layihəsi təqdim edilib.

"Azərbaycan müəllimi"  xəbər verir ki, 2025-ci ilin sentyabr ayından başlanılan tədqiqat layihəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ADA Universiteti tərəfindən hazırlanıb.

Layihə Ağdam, Şuşa,Füzuli,  və Zəngilan rayonlarında keçmiş məcburi köçkünlərlə aparılan sorğular əsasında onların  sosial-iqtisadi ehtiyacları, dayanıqlı inkişaf istiqamətləri üzrə tövsiyələri və innovativ yanaşmaları əhatə edir.