IV və VI siniflərin monitorinqində nələr dəyişdi? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi 2026-cı ilin iyun ayında keçiriləcək IV və VI siniflər üzrə səriştə əsaslı monitorinqin çərçivə sənədi təqdim olunub. Monitorinq IV siniflərdə oxu (tədris dili) və riyaziyyat, VI siniflərdə isə oxu, riyaziyyat və təbiət fənlərini əhatə edəcək.
Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsildə nailiyyətlərin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, sual sayında ciddi dəyişiklik yoxdur. IV sinif şagirdlərinə 60 sual (30 oxu, 30 riyaziyyat), VI sinif şagirdlərinə isə 75 sual (25 oxu, 25 riyaziyyat, 25 təbiət) təqdim ediləcək.
Onun sözlərinə görə, əsas yenilik sualların təqdimat formatı ilə bağlıdır. Belə ki, IV siniflər üçün tədris dili üzrə ilk dəfə 30 sualdan 3-ü şəkil tanıma və sözlə əlaqələndirmə tapşırıqları üzrə olacaq. Bundan əlavə, oxu mətnləri üzrə açıq tipli suallar da əlavə edilib (hər mətn üzrə bir açıq sual).
Şöbə müdiri qeyd edib ki, məqsəd şagirdlərin yazılı şəkildə fikir ifadə etmə bacarıqlarını mərhələli şəkildə qiymətləndirməkdir. Bu il açıq suallar əsasən mətndəki konkret məlumatın tapılıb qısa formada yazılmasını tələb edəcək.
İlahə Tağıyeva əlavə edib ki, monitorinq sualları şagirdlərin şərh etmə, nəticə çıxarma, əlaqələndirmə və faktoloji bilikləri tətbiq etmə bacarıqlarını yoxlamağa yönəlib.
-
gulayhaçan çıxacaq monitorinqlerin cavabı1 ay əvvəlCavablaLike (0)-
NurayYa bu ay yada avqust'da çıxacaq :)29 gün əvvəlLike (0)
-
-
Zehra4 və 6 cı siniflərin nəticələri barədə məlumat öyrənmək üçün1 ay əvvəlCavablaLike (1) -
esraasan olacaq2 ay əvvəlCavablaLike (0) -
Inci Salmanova4 sinifem2 ay əvvəlCavablaLike (0) -
Malik ŞirinzadəPdf göstər3 ay əvvəlCavablaLike (1) -
Kamal6-cı sinif monitoring Yazmağ3 ay əvvəlCavablaLike (1)




