İxtisas seçimi yekunlaşır: 80 mindən çox ərizə təsdiq edilib
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır.
"Azərbaycan müəllimi" xəbər verir ki, abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
19 avqust saat 09:45-ə olan məlumata əsasən, 81255 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.




