Kaliforniya Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

1 İyun, 2026 - 13:15
Kaliforniya Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Kaliforniya Universitetində “Dünya mədəniyyətləri və beynəlxalq mətbəx” festivalı keçirilib. Festivalda dünyanın müxtəlif ölkələrindən olan tələbələr öz xalqlarının mədəniyyətini, mətbəxini və adət-ənənələrini təqdim ediblər.

“Azərbaycan müəllimi” Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, ölkəmiz tədbirdə xüsusi guşə ilə təmsil olunub. Universitetdə fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin üzvləri ölkəmizin zəngin mədəniyyətini, qədim tarixini və milli mətbəxini iştirakçılara tanıdıblar. Guşəyə yaxınlaşan qonaqlar Azərbaycan haqqında maraqlı məlumatlar öyrəniblər.

Bu kimi beynəlxalq tədbirlər bir daha göstərir ki, mədəni təmsilçilik xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması, milli kimliyimizin və tarixi irsimizin beynəlxalq platformalarda təqdim olunması baxımından belə festivallar xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, tədbirin təşkilatçılarından olan Kamran Hacıbəyli 2-ci Amerika Azərbaycanlı Gənclər Forumunun iştirakçısı olub və Perdyu Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatını təmsil edib.