Karlov Universitetinin departament rəhbəri Azərbaycan İdman Akademiyasında tədrisə başlayıb
Fevralın 25-də Çex Respublikasının Karlov Universitetinin Fizioterapiya departamentinin rəhbəri Tereza Novakova Azərbaycan İdman Akademiyasında olub.
Akademiyadan “Azərbaycan müəllimi”nə bildirilib ki, Tereza Novakova Akademiyanın Sağlamlıq məktəbinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya“ təhsil proqramının professor-müəllim heyəti və tələbələrlə tədrisə başlayıb.
Qeyd edək ki, sözügedən tədris prosesi 25-28 fevral tarixlərini əhatə edəcək.



