“Keyfiyyətli təhsil üçün kurikulumun rolu olduqca əhəmiyyətlidir”
Müasir təhsil islahatlarının əksəriyyəti akademik standartların yüksəlməsinə yönəlsə də, bu dəyişikliklərin gözlənilən nəticələri vermədiyini görürük.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Education Next” platformasında ABŞ-nin təhsil mövzusu üzrə araşdırmaçı jurnalisti Natali Vekslerin “Daha yaxşı təhsil üçün daha yaxşı kurikulum” adlı məqaləsində vurğulandığı kimi, təhsildə keyfiyyətli kurikulumun rolu olduqca əhəmiyyətlidir. Sadəcə məzmun standartlarını müəyyənləşdirmək yetərli deyil, eyni zamanda, bu standartlara əsaslanan effektiv və bilikyönümlü kurikulumun tətbiqi vacibdir.
Son illərdə “oxuma elmi” (Science of Reading) yanaşması çərçivəsində fonetik metodlar üzərində geniş müzakirələr aparılıb. Şübhəsiz ki, fonetik təlim uşaqlarda oxu bacarığının formalaşmasında əsas amillərdən biridir. Lakin bu, mətnləri anlamaq üçün kifayət deyil. Yazını anlama qabiliyyəti şagirdlərin ümumi bilik səviyyəsindən, yəni mətnin mövzusuna dair öncədən malik olduqları biliklərdən asılıdır. Veksler bu məsələnin vacibliyini vurğulayaraq bildirir ki, təhsil proqramları şagirdlərin yalnız texniki bacarıqlarını deyil, eyni zamanda, onların bilik bazasını inkişaf etdirməlidir.
Azərbaycan təhsil sistemində də bu problem özünü göstərir.



