"Kompüter operatoru" ixtisası üzrə yarış keçirilib

19 Mart, 2026 - 11:49
"Kompüter operatoru" ixtisası üzrə yarış keçirilib

Martın 12-də “Rəqəmsal Bacarıqlar: Bahar 2026” layihəsi çərçivəsində “Kompüter operatoru” ixtisası üzrə maraqlı və rəqabətli yarış təşkil olunub. Yarış iştirakçılar arasında böyük maraq doğurub və yüksək dinamika ilə yadda qalıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə 3 mərhələdən ibarət olub. Birinci mərhələdə iştirakçılar Kahoot platforması üzərindən 30 sualdan ibarət testə cavab veriblər. Sualların 10-u əməyin təhlükəsizliyi, 20-si isə proqram üzrə keçilmiş mövzuları əhatə edib.

İkinci mərhələdə iştirakçılar Word proqramında sürətli yazı bacarıqlarını nümayiş etdiriblər. Verilən mətnin dəqiq köçürülməsi əsas meyar olub və hər bir səhv hərf və ya durğu işarəsi ümumi baldan çıxılıb.

Üçüncü mərhələ “20 qutu – 20 sual” formatında keçirilib. Xüsusi proqram vasitəsilə təşkil olunan bu hissədə iştirakçılar klaviatura və kompüter düymələri ilə bağlı sualları növbə ilə şifahi şəkildə cavablandırıblar.

Yarışda 5 məktəbin komandaları iştirak edib:

 - R.Məmmədov adına 269 nömrəli tam orta məktəb

 - 329 nömrəli tam orta ümumtəhsil məktəbi

 - Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbi

 - Əliağa Vahid adına 293 nömrəli tam orta məktəb

 - Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəb

Gərgin və maraqlı mübarizənin sonunda qaliblər müəyyənləşib. Birinci yerə “Cyber Squid” komandası (266 nömrəli məktəb), ikinci yerə “Hədəf” komandası (269 nömrəli məktəb), üçüncü yerə isə “Cyber qəhrəmanlar” komandası (329 nömrəli məktəb) layiq görülüb.

Sonda bütün iştirakçılara təşəkkürnamələr təqdim olunub, ilk üç yerin qalibləri isə sertifikatlarla mükafatlandırılıb. Yarış iştirakçıların bilik və bacarıqlarının inkişafına töhfə verən uğurlu tədbir kimi qiymətləndirilib.

"Kompüter operatoru" ixtisası üzrə yarış keçirilib
"Kompüter operatoru" ixtisası üzrə yarış keçirilib
"Kompüter operatoru" ixtisası üzrə yarış keçirilib
"Kompüter operatoru" ixtisası üzrə yarış keçirilib
"Kompüter operatoru" ixtisası üzrə yarış keçirilib