Şagirdlərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 3 medal qazanıblar

30 İyul, 2026 - 14:26
Şagirdlərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 3 medal qazanıblar

24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğurla iştirak ediblər.

Bu barədə "Azərbaycan müəllimi"nə ARTİ-dən məlumat verilib.

Tuncay Paşayev – Bakı şəhər fizika, riyaziyyat, informatika təmayüllü liseyin 9-cu sinif şagirdi;
Mahmud İsalı – Bakı şəhər kimya, biologiya təmayüllü liseyin 9-cu sinif şagirdi;
Vaqif Abdullayev – Göyçay şəhər 3 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi.

Bu il 25 ölkədən 100 məktəblinin iştirak etdiyi olimpiada (EJOI) informatika üzrə nüfuzlu yarışlardan sayılır. Ciddi rəqabət şəraitində inamlı mübarizə aparıb medal qazanmış şagirdlərimizi təbrik edir, onlara növbəti müsabiqələrdə daha böyük uğurlar arzulayırıq.

Qeyd edək ki, Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz 2017-ci ildən etibarən iştirak edirlər və indiyədək 4 gümüş, 14 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Şagirdlərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 3 medal qazanıblar