Lənkəran-Astara bölgəsinin 9 şagirdi fənn olimpiadalarında maksimum nəticə göstərib
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin 945 şagirdi Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.
Bunu Regional Təhsil İdarəsi "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirib.
Məlumatda qeyd edilib ki, yarımfinalda iştirak hüququ qazanan şagirdlərin 9-u 100% nəticə göstərib.
Növbəti mərhələdə iştirak edəcək 945 şagirdin 300-ü Lənkəran, 210-u Cəlilabad, 149-u Masallı, 123-ü Astara, 82-si Lerik, 81-i Yardımlı rayon ümumtəhsil məktəblərinin yetirmələridir.
Yarımfinal mərhələsində iştirak edəcək şagirdin 284 nəfəri Azərbaycan dili və ədəbiyyat, 248 nəfəri riyaziyyat, 138 nəfəri tarix, 80 nəfəri coğrafiya, 84 nəfəri informatika, 53 nəfəri biologiya, 45 nəfəri kimya, 33 nəfəri fizika fənni üzrə biliklərini sınayacaq.
Maksimum nəticə göstərən şagirdlərin 6-sı Lənkəran, 2-si Masallı, 1-i isə Astara rayonunun ümumtəhsil müəssisəsində təhsil alır.



