Lənkəranda bir məktəbin 78 şagirdi tələbə oldu
Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 78 şagirdi tələbə adını qazanıb.
"Azərbaycan müəllimi"nə Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə, 2024-2025-ci tədris ilində tələbə adı qazanmış məzunlar ölkə üzrə müxtəlif dövlət və özəl universitetlərlə yanaşı Türkiyə, Gürcüstan, Rusiya və Ukrayna universitetlərini də seçiblər.
Məzunlar arasında ən yüksək balı toplayan Ayla Kamalova 616 balla ADA Universitetinin “Beynəlxalq əlaqələr” ixtisasına qəbul olub.



