Lisey və gimnaziyaların sayı artırılıb
Ölkə üzrə fəaliyyət göstərən lisey və gimnaziyaların sayı artırılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.
Qeyd olunub ki, ötən il bu müəssisələrin sayı 34 idisə, bu il artıq 39-a çatdırılıb.
Nazir vurğulayıb ki, gələcəkdə lisey və gimnaziyaların sayının daha da artırılması planlaşdırılır.



