Magistratura üzrə respublika birincisi AzTU-nu seçib

28 İyul, 2026 - 15:39
Magistratura üzrə respublika birincisi AzTU-nu seçib

2026/2027-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında 99 balla respublika birincisi olan Cəmilə Yusifovanın seçimi Azərbaycan Texniki Universiteti (AzTU) olub. O, AzTU-nun "Kibertəhlükəsizlik" ixtisasını seçib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AzTU-nun sosial media hesablarında məlumat paylaşılıb.

AzTU-nun rektoru Vilayət Vəliyev Cəmilə Yusifova ilə görüşüb. Tələbəyə uğurlar arzulayan rektor AzTU-nun Kibertəhlükəsizlik kafedrasının fəaliyyətindən, həmçinin kibertəhlükəsizlik sahəsində görülən işlər və həyata keçirilən yeniliklərdən danışıb.

Qeyd edək ki, Cəmilə Yusifova Prezident təqaüdçüsüdür.