Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

17 İyul, 2026 - 14:26
Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil proqramları üzrə sənəd qəbulu prosesi davam edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu proqramlar mövcud ixtisasını təkmilləşdirmək və ya yeni peşə istiqaməti seçmək istəyən şəxslər üçün nəzərdə tutulub.

Cari tədris ili üçün sənəd qəbulu aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:
- Bank işi;
- Maliyyə işi;
- Mühasibat uçotu;
- Vergi işi;
- Sosial iş.

Müasir əmək bazarının tələblərinə uyğun olaraq hazırlanan proqramlar həm nəzəri, həm də praktiki mərhələləri əhatə edir.

Dinləyicilərin iş qrafiki və imkanları nəzərə alınaraq tədris iki formada təşkil olunur: Əyani təhsil forması, qiyabi təhsil forması

Dərslər kollecin ixtisaslı professor-müəllim heyəti tərəfindən müvafiq metodologiyalar əsasında keçirilir.

Sözügedən sahələr üzrə əlavə təhsil almaq istəyən şəxslər qeydiyyat prosedurları ilə bağlı rəsmi şəkildə müraciət edə bilərlər