Mayın 17-də keçirilən imtahanların doğru cavab etalonları AÇIQLANDI

18 May, 2026 - 12:11
Mayın 17-də keçirilən imtahanların doğru cavab etalonları

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 17-də keçirilən imtahanlarda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, imtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.