MDU-da inklüzivliyə dəstək məqsədilə rəsm sərgisi keçirilib

30 Oktyabr, 2025 - 11:59
30 Oktyabr, 2025 - 13:20
 0  3

Oktyabrın 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Hər uşaq xüsusidir” adlı rəsm-satış sərgisi təşkil olunub.

MDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, universitetin ikinci tədris binasının həyətində keçirilən sərgidə MDU-nun rektoru Anar Eminov, professor-müəllimlər, tələbələr və ümumtəhsil məktəblərinin direktorları iştirak edib.

İnklüziv təhsilə və xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək məqsədilə keçirilən sərgidə universitetin tələbələri tərəfindən hazırlanılmış rəsmlər və digər əl işləri nümayiş etdirilib.

Universitetin rektoru Anar Eminov sərgiyə baxış keçirərək tələbələrin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib. Rektor vurğulayıb ki, bu cür təşəbbüslər tələbələrin peşəkar inkişafına və cəmiyyətdə sosial həssaslığın artmasına töhfə verir.

Satış-sərgidən əldə olunan vəsaitlə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək gösətəriləcək.

Sonda sərginin təşkilatçılığında fərqlənən əməkdaşlar təltif olunublar.

Qeyd edək ki, sərgidə nümayiş olunan əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tələbələrin bədii-estetik düşüncə, zövq və yaradıcı yanaşma bacarıqlarını əks etdirib.