Bir yay, böyük təcrübə: MDU tələbələri real iş həyatında 

4 Sentyabr, 2026 - 13:11
Bir yay, böyük təcrübə: MDU tələbələri real iş həyatında 

Yay tətili tələbələr üçün adətən istirahət və yeni tədris ilinə hazırlıq dövrüdür. Mingəçevir Dövlət Universitetinin bir qrup tələbəsi isə bu yayı gələcək peşələrinə sərmayəyə çevirib. Onlar auditoriyada qazandıqları bilikləri real iş mühitində sınamaq üçün Dövlət Vergi Xidmətinin müxtəlif strukturlarında təcrübə keçirlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu təcrübəyə gedən yol 2026-cı il ərzində Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində keçirilən olimpiada, debat və təlim proqramlarından başlayıb.
Hazırda tuniversitetin tələbələrindən Namiq Qədimli Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində, Zaur Məmmədov 11 saylı Ərazi Vergilər İdarəsində, Aysun Nəsirova isə 9 saylı Ərazi Vergilər İdarəsində iki aylıq təcrübə keçirlər.

Auditoriyadan başlayan hazırlıq

Tələbələrin vergi sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində ilk mərhələlərdən biri aprelin 26-da MDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsində keçirilən “Vergi savadlılığı üzrə tələbələr üçün olimpiada” olub.

İqtisadiyyatyönümlü ixtisaslarda təhsil alan 21 tələbənin iştirak etdiyi olimpiadada vergi qanunvericiliyi, vergi ödəyicilərinin hüquq və vəzifələri və müasir vergi siyasəti üzrə tapşırıqlar təqdim edilib.İştirakçılardan 17-si keçid balını toplayıb, 4 tələbə 70-dən yuxarı nəticə göstərib, ən yüksək bal toplayan 5 tələbə isə finala vəsiqə qazanıb.

Final iyunun 12-14 tarixlərində  Dövlət Vergi Xidmətinin Şamaxı Tədris Mərkəzində keçirilib. Tələbələr fərdi və komanda formatında vergi keyslərini həll edərək praktiki bacarıqlarını sınayıblar.

Həmin mərkəzdə keçirilən debat turnirində isə MDU-nun “Maliyyə” ixtisası üzrə IV kurs tələbələri iqtisadi islahatlar və vergi yükünün optimallaşdırılması mövzularında digər universitetlərin təmsilçiləri ilə fikir mübadiləsi aparıblar.
Beləliklə, tələbələrin auditoriyada başlayan hazırlığı olimpiada və debatdan keçərək real iş mühitinədək davam edib.

Şamaxıda bir həftəlik intensiv təlim

Yay təcrübəsinə seçilən tələbələr iyulun 6-12-də Dövlət Vergi Xidmətinin Şamaxı Tədris Mərkəzində birhəftəlik intensiv təlim keçiblər.

Dövlət Vergi Xidmətinin mütəxəssisləri onlara bəyannamələrin tərtibi, vergi auditi, rəqəmsal vergi xidmətləri və vergi nəzarəti mexanizmləri üzrə praktiki biliklər veriblər.

Seçim nəticəsində MDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin 4 tələbəsi iki aylıq Yay Təcrübə Proqramına qəbul olunub və Dövlət Vergi Xidmətinin müxtəlif strukturlarına təyinat alıb.

Onların yay günləri auditoriyada deyil, real iş mühitində keçir

Təbii ki, təcrübə keçən tələbələrin təəssüratları bizim üçün maraqlı idi. Həmsöhbətimiz olan tələbə Namiq Qədimli iki aylıq təcrübəsini Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində keçir.O, deyir ki, bu təcrübə universitetdə qazandığı nəzəri biliklərin praktikada necə tətbiq olunduğunu görməyə imkan verir:“Yay tətilini yalnız istirahətlə keçirməkdənsə, gələcək peşəm üçün faydalı təcrübə qazanmaq istədim. Burada universitetdə öyrəndiklərimin real sistemdə necə tətbiq olunduğunu görür, peşəkar əməkdaşların iş prinsipləri ilə tanış oluram”.

Namiqin fikrincə, real iş mühiti ona məsuliyyət, dəqiqlik, vaxtın idarə olunması və işgüzar ünsiyyət kimi bacarıqların da əhəmiyyətini göstərib.

11 saylı Ərazi Vergilər İdarəsində təcrübə keçən tələbə Zaur Məmmədov hesab edir ki, real iş mühiti universitetdə əldə edilən nəzəri bilikləri tamamlayır:“İş həyatını kənardan təsəvvür etmək başqa, onun içində olmaq tamam başqa təcrübədir. Burada vergi sisteminin fəaliyyətini və iş prosesinin necə təşkil olunduğunu yaxından görürəm”.

Zaurun sözlərinə görə, bu iki ay ona həm özünü sınamaq, həm də gələcəkdə hansı bacarıqlarını daha çox inkişaf etdirməli olduğunu müəyyənləşdirmək imkanı verib.

Növbəti həmsöhbətimiz  tələbə Aysun Nəsirova isə iki aylıq təcrübəsini 9 saylı Ərazi Vergilər İdarəsində keçir.O bildirir ki, real iş mühiti həm peşəkar, həm də şəxsi inkişaf baxımından mühüm təcrübədir:“Bu yay mənim üçün sadəcə tətil olmadı. Özümü gələcək iş mühitində sınamaq, peşəkar insanların yanında öyrənmək və nəzəri biliklərimi praktika ilə əlaqələndirmək imkanı qazandım”.
Aysun hesab edir ki, məsuliyyət, düzgün ünsiyyət və vaxtdan səmərəli istifadə istənilən gənc mütəxəssis üçün vacib bacarıqlardır.

“Tələbə auditoriyadan əmək bazarına hazır kadr olaraq daxil olmalıdır”

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli deyir ki, müasir ali təhsildə yalnız nəzəri bilik vermək kifayət etmir. Tələbə hələ universitet illərində real peşə mühiti ilə tanış olmalıdır:“Əsas məqsədimiz tələbənin auditoriyada aldığı biliyin yalnız imtahan nəticəsi olaraq qalmamasıdır. O, bu biliyi tətbiq etməyi, təhlil etməyi və real situasiyada qərar verməyi bacarmalıdır. Dövlət Vergi Xidməti ilə keçirilən olimpiada, debat və yay təcrübəsi buna imkan yaradır”.

Dekan tələbələrin yay tətilində peşəkar təcrübəyə qoşulmasını gələcək karyeralarına qoyulan sərmayə kimi qiymətləndirir:“Tələbə auditoriyadan əmək bazarına hazır kadr olaraq daxil olmalıdır.İstəyirik ki, tələbələrimiz universiteti bitirməmişdən əvvəl iş mədəniyyətini, məsuliyyəti və komanda münasibətlərini öyrənsinlər. İki aylıq təcrübə onların gələcək əmək fəaliyyətinə hazırlığında mühüm rol oynayır”.

Nüşabə Qədimli bildirib ki, fakültə tələbələrin dövlət qurumları və işəgötürənlərlə birbaşa əlaqələrinin genişləndirilməsini bundan sonra da prioritet istiqamət kimi davam etdirəcək.

Tətil bitir, təcrübə qalır

Namiq, Zaur və Aysun üçün bu yay yalnız istirahətlə deyil, real iş mühiti və yeni peşəkar təcrübə ilə yadda qalacaq. Onlar yeni tədris ilinə universitetdə öyrəndiklərini praktikada sınamış və gələcək karyeralarını daha yaxından tanımış tələbələr kimi qayıdacaqlar.

Müasir əmək bazarında diplomla yanaşı, təcrübə, çevik düşüncə, ünsiyyət və məsuliyyət də gənc mütəxəssisin əsas üstünlüklərindəndir. Bu baxımdan, tələbələrin yay təcrübəsində qazandıqları ən böyük nəticə gələcək peşələrini yaxından tanımaları və əmək həyatına hələ universitet illərində ilk addımlarını atmalarıdır.

Olimpiadadan real iş mühitinə gedən yol

Şamaxıda bir həftəlik intensiv hazırlıq