MDU-da təhsil tələbə krediti ilə bağlı maarifləndirici görüş keçirilib

27 Oktyabr, 2026 - 16:25
MDU-da təhsil tələbə krediti ilə bağlı maarifləndirici görüş keçirilib

2026-cı ilin 27 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə tələbələrin görüşü keçirilib. Görüşün əsas məqsədi tələbələrin təhsil imkanlarının genişləndirilməsi, ali təhsilə əlçatanlığın artırılması və dövlət tərəfindən təqdim olunan güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılığın gücləndirilməsi olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Anar Eminov ölkədə təhsilin inkişafı, gənclərin keyfiyyətli ali təhsil imkanlarına çıxışının genişləndirilməsi və sosial bərabərliyin təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən bəhs edib. Rektor tələbələrin təhsil alması, intellektual potensiallarının inkişaf etdirilməsi və onların qarşılaşdıqları sosial-maliyyə çətinliklərinin aradan qaldırılması istiqamətində yaradılan əlverişli şəraitə və göstərilən davamlı dövlət qayğısına görə ölkə rəhbərliyinə və Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib. Anar Eminov təhsil tələbə krediti mexanizminin gənclərin ali təhsilə çıxış imkanlarının genişləndirilməsində, akademik inkişafının dəstəklənməsində və inklüziv təhsil mühitinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Görüşdə çıxış edən Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov səmimi qarşılanmaya və görüşün təşkilinə göstərilən dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, Fondun fəaliyyət istiqamətləri, tələbələrin maliyyə imkanlarının dəstəklənməsi və təhsilin əlçatanlığının artırılması məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Bəhruz Əzimov çıxışında sosial və standart təhsil tələbə kreditlərinin xüsusiyyətləri, kreditlərin verilmə meyarları, müraciət və rəsmiləşdirmə prosedurları, geri qaytarılma şərtləri, akademik göstəricilərə əsaslanan güzəştlər və tələbələr üçün nəzərdə tutulan digər imtiyazları ətraflı izah edib. Bildirilib ki, bu mexanizm tələbələrin maliyyə yükünün azaldılmasına, təhsildə davamlılığın təmin edilməsinə və onların akademik potensiallarını daha səmərəli reallaşdırmalarına əlverişli imkanlar yaradır.

İnteraktiv müzakirələrlə davam edən görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, təhsil tələbə kreditlərindən yararlanma imkanları və müraciət prosedurları ilə bağlı praktiki izahlar verilib.

Görüş MDU-da tələbəyönümlü yanaşmanın gücləndirilməsi, bərabər təhsil imkanlarının təşviqi və gənclərin akademik inkişafını dəstəkləyən institusional mühitin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.