Məktəb direktorunun xüsusi təhsillə bağlı məqalələri beynəlxalq konfranslarda təqdim olunub

20 May, 2026 - 12:17
Məktəb direktorunun xüsusi təhsillə bağlı məqalələri beynəlxalq konfranslarda təqdim olunub

Bakı şəhəri 268 nömrəli xüsusi ümumitəhsil məktəbininin direktoru, Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alan Farizə Teymurzadənin xüsusi təhsillə bağlı elmi araşdırmaları beynəlxalq konfranslarda təqdim edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Özəl təhsildə müəllimlərin peşəkar tükənmişlik problemi” adlı elmi işi Türkiyənin İzmir şəhərində keçirilən "EGE 15th International Conference on Social Sciences" beynəlxalq konfransında təqdim olunub.

Araşdırmada xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin emosional yüklənməsi, peşəkar tükənmişlik səbəbləri və dəstək mexanizmləri təhlil edilib.

Farizə Teymurzadənin “Özəl təhsil məktəblərində idarəetmə əsaslı valideyn əməkdaşlığının şagird inkişafına təsiri” mövzusunda digər elmi işi isə Qazi Universitetinin təşkil etdiyi "Gənc Araşdırmaçılar Konqresi-VI" beynəlxalq konfransında məruzə üçün qəbul olunub və məruzə edilib.